24 May 2018 16:48
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 24 mayda əfv etdiyi 634 nəfər içərisində adları siyasi dustaq siyahılarında keçənlər də var.

Teleqraf.com Musavat.com-a istinadla onlardan bir qrupunu təqdim edir:

Abdullayev Valeh (2012 “Eurovision” işi)
Babayev Nadir (Tale Bağırzadə və Nardaran işi )
Qasımov Əliağa (Nardaran işi)
Cabbarov Hilal (Nardaran)
Qurbanov Ələkbər (Nardaran)
Şahbazov Famil (Nardaran)
Şahbazov Natiq (Nardaran)
Quliyev Məhəmməd (Nardaran)
Kərimov David (Hicab məhbusu)
Rzayev Elşad (Hicab məhbusu)
Fərəcov Elmin (Neftçala, AXCP üzvü)
Şəkərov Saday (yazıçı).

Qeyd edək ki, prezidentin əfv sərəncamının rəsmi mətni hələ yayılmayıb.

***

16:14

Azərbaycan Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.

Teleqraf.com Musavat.com-a istinadən xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib ki, sərəncam 634 nəfərə şamil edilib. İlkin məlumata görə, 12 siyasi məhbusun adı əfv sərəncamına düşüb.

Əfv olunanlar arasında Nardaran məhkumları və şair Saday Şəkərlinin də olduğu bildirilir.


Müəllif: Teleqraf.com