24 May 2018 20:42
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hələ filmə baxmamışam, ümumi söhbətləri eşitmişəm, istəyirəm filmə baxım, sonra fikrimi bildirim.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Rasim Balayev Rüstəm İbrahimbəyov çəkdiyi “Qafqaz üçlüyü” barədə danışarkən deyib:

“Filmi tənqid edənlərə böyük hörmətim var, hərə öz fikrini deyib, mən də filmə baxandan sonra düşüncələrimi bölüşmək istəyirəm”.

Hazırda belindən müalicə aldığını deyən aktyor səhhətinin normal olduğunu söyləyib: “Belimdə ağrılar var, ağrı ayağıma vurur, addım ata bilmirəm, qocalıq xəstəliyidir”.

Qeyd edək ki, “Qafqaz üçlüyü” filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunur.


Müəllif: Teleqraf.com