25 May 2018 10:45
612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamının icrası 2 saylı cəzaçəkmə müəssəsində davam edib.

Teleqraf.com xəbər verir ki, cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov əfv olunan 62 məhkumu təbrik edib:

"Bu dəfə cənab prezidentin sərəncamı ilə 600 nəfərdən çox məhkum əfv edilərək azadlığa buraxılır. Ümid edirik ki, bundan sonra heç birinizin yolu bu müəssisələrə düşməyəcək"

Daha sonra əfv olunan 62 məhbusa azad olunmaları ilə bağlı bülletenlər paylanılıb.

Əfv olunanlar arasında 4 əcnəbi var.

Azadlığa çıxan Kamran Rəhimovun 37 yaşı var: "Bıçaqlanma üstündə məhkum olunmuşdum. 5 il həbs vermişdilər. 2 il 6 ay cəzamı çəkmişəm. 3 ilim qalmışdı. Prezidentimizə təşəkkür edirəm. Heç gözləmirdim, çox sevindim".


Müəllif: Teleqraf.com