25 May 2018 11:38
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfv sərəncamının icrası Bakı İstintaq Təcridxanasında davam edib.

Teleqraf.com xəbər verir ki, təcridxananın rəisi Elnur İsmayılov bikdirib ki, 6 nəfər cəzasının qalan hissəsindən azad edilib: "Prezident İlham Əliyevin imzaladığı sərəncam mühim addımdır. İnanıram ki, əfv olanlar bir daha məhkumluq həyatı yaşamayacaqlar".

Əfvə düşən Sərcan Hüseynov bildirib ki, 6 il azadlılıqdan məhrum edilib: "2012-ci ildə məhkəmənin hökmü ilə 6 il azadllqdan məhrum olundum. Cəzamın bitməsinə 60 gün qalmışdı. Əfv siyahısında adımı eşidən zaman hansı hissləri keçirdiyimi izah edə bilmirəm. Azadlıqda olan hər kəsə cinayətdən uzaq olmağa səslənirəm. Prezident İlham Əliyevə bu sevinci biz məhkumlara yaşatdığı üçün təşəkkür edirəm".

Əfv olunan İsa Süleymanov bildirib ki, heç kimə azadlıqdan məhrum olunmanı arzulamır: "4 il azadlıqdan məhrum olmuşdum. Azadlığımın bitməsinə 1 il yarım müddət qalmışdı. Əfv olunmaq gözəl hissdir. Həbsxanada olanların hamısına azadlıq arzulayıram".

İsa Süleymanovun anası Solmaz Süleymanova oğlunun əfv sərəncamını qohumundan öyrənib: "Qohumumuz mənə zəng etdi ki, İsa əfv edilib. İnana bilmədim. Tez internetdə adına baxdıq. Səhərdən gəlib onu gözləyirəm. İsa bir səhv edib. Bir daha bu səhv təkrar etməməsini arzulayıram. Özü də peşmandı. Məhkum olunanların ailələrinə bu cür sevinc hissi yaşamaqlarını arzu edirəm".


Müəllif: İlhamə Əbülfət