25 May 2018 13:38
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfv sərəncamının icrası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Teleqraf.com xəbər verir ki, Pentensiar Xidmətin rəis müavini Ağaəli Xəlilov bildirib ki, cəzaçəkmə müəssisəsində 5 nəfər cəzasının qalan hissəsindən azad edilib: "Əfv olunanlar arasında iki əcnəbi də var. Onlar Çin vətəndaşları Ji Fenq Ping və Zen Si Hundur".

Ədliyyə Naziri yanında İctimai Komitənin koordinatoru Səadət Bənənyarlı bildirib ki, prezidentin imzaladığı əfv sərəncamı ailələrə sevinc gətirib: "Bu gün göstərilən humanistliyin icrası yerinə yetirilir. Fikrimcə, əfv olunan məhkumlar onlara verilən şansı müsbət dəyərləndirəcəklər. Bir daha cəzaçəkmə müəssisələrinə yollarının düşməməsini arzu edirəm".


Müəllif: İlhamə Əbülfət