13 Avqust 2014 12:19

Milli Məclisin deputatı Novruz Aslanov avqustun 12-də İsmayıllı rayonunun Qalıncaq kəndində seçiciləri qəbul edib


Deputatın qərargahından verilən məlumata görə, görüş kənd icra nümayəndəliyinin binasında təşkil olunub.


Deputatla görüşə gələn sakinlər əsasən kəndin işıq dirəklərinin köhnə olması ilə bağlı məsələ qaldırıb, bu problemin həllinə köməklik göstərilməsini millət vəkilindən xahiş ediblər. Bu barədə millət vəkili müvafiq qurumlara müraciət edəcəyini bildirib.


Digər qaldırılan məsələlər sosial yönümlü olub.


Deputat kompyuter əldə etmək üçün müraciət edən tələbə gəncə görüşdə noutbuk hədiyyə edib.

/APA/


Müəllif:
Загрузка...