26 May 2018 12:52
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tbilisidə Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubileyi geniş qeyd olunur.

Teleqraf.com xəbər verir ki, yubiley tədbirlərində iştirak etmək üçün 6 ölkənin prezidenti, 20 ölkənin yüksək vəzifəli şəxsləri, eləcə də Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Avropa Komissiyasının prezidenti Jan Klod Yunker Gürcüstana gəliblər.

Gürcüstan prezidenti Georgi Marqvelaşvili səhər saatlarında yubiley tədbirində iştirak etmək üçün bu ölkəyə gələn nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.

Sonra qonaqlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gənc əsgərlərin andiçmə mərasimində iştirak ediblər.

Burada Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze, müdafiə naziri Levan İzoria, Avropa Komissiyasının prezidenti Jan Klod Yunker çıxış edib, gürcü xalqını bayram münasibətilə təbrik ediblər.

Qeyd edək ki, 26 may - Müstəqillik Günü Gürcüstanda 1991-ci ildən qeyd olunur. Gürcüstan Demokratik Respublikası ilk dəfə 1918-ci il mayın 26-da Noe Jordaniya tərəfindən elan olunub.

Xatırladaq ki, Tbilisidə keçirilən yubiley tədbirinə Litva, Latviya, Finlandiya, Polşa, Slovakiya və Ermənistan prezidentləri də qatılıb.

***

10:41

Milli Məclisin sədri Oqtay Əsədovun Gürcüstana işgüzar səfəri başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, Tbilisi beynəlxalq hava limanında O. Əsədovu Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.

O. Əsədov səfər çərçivəsində Tbilisidə Gürcüstanın ilk respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlərdə iştirak edəcək. O, Gürcüstan parlamentində baş tutacaq “İnkişaf üçün əməkdaşlıq – gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masaya da qatılacaq.

O.Əsədovun Gürcüstana səfəri sabah başa çatacaq.


Müəllif: Teleqraf.com