26 May 2018 11:17
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edib.

Teleqraf.com APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri müvafiq bəyannamə imzalayıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.


Müəllif: Teleqraf.com