26 May 2018 13:35
1 254
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rüstəm İbrahimbəyovun "Qafqaz triosu" filminə baxmışam.

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış şair Salam Sarvan deyib.

Şairin sğzlərinə görə, Rüstəm İbrahimbəyovun azərbaycanlıları ermənilərlə müqayisədə aşağılamaq niyyəti, cəhdi açıq-aşkar görünür: "Amma alınmayıb, niyyəti baş tutmayıb. Nədən ki, bu filmin sənətkarlıq effekti yoxdu: bayağıdı, bəsitdi. Deməli, təsir gücü də yoxdu".

Salam Sarvanın sözlərinə görə, ümumən, sınaqdan keçmiş bir təcrübə var: "Əsərin estetik gücü olmayanda etik məqsədini tutuzdura bilmir. Məsələn, məhz estetik gücü olmadığına, əttökənliyinə, şitliyinə görə "Koroğlu" filmində tariximizdəki igidlik və comərdlik məqamlarını təqdim eləyə bilməyiblər, əslində, vurub gözünü də çıxarıblar.

Eləcə də, talantdan, sənətdən əsər əlamət olmadığına görə "Qafqaz üçlüyü"ndə İbrahimbəyovun bizi qorxaq və vəhşi obrazda göstərmək arzusu ürəyində qalıb. Buna da şükür!"


Müəllif: Xəzər Süleymanlı