26 May 2018 16:33
1 056
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər sosial şəbəkələrdə heç vaxt məsləhət bilinməyən 5 hərəkəti müəyyənləşdiriblər.

Teleqraf.com onları təqdim edir:

1. İş yeriniz, təhsil alırsınızsa müəllimləriniz haqqında paylaşımlar etməyin. Eyni zamanda “işləməkdən yoruldum”, yaxud “heç işləmək istəmirəm” kimi paylaşımlar sizə pis işçi imici yaradar.

2. Sosial şəbəkələrdə şəxsi həyatınız barədə bol məlumat verməyin. Bəzi şeylər sizin özünüz və yaxın dostlarınız üçün gizli olmalıdır.

3. Siyasət, din, irq və sair bu kimi mübahisəli məsələlərdən uzaq durun. Bu, həm karyeranız, həm də cəmiyyətdə mövqeyiniz üçün təhlükəlidir. Bu cür mövzularda müntəzəm müzakirələrə qoşulsanız, daha çox diqqətə düşəcəksiz.

4. Dostlarınızla görüşlərdən paylaşdığınız şəkillərə diqqət yetirin. Sərxoşluğunuzu və ya naqolay vəziyyətinizi göstərən şəkillər sizin haqqınızda mənfi rəy yaradar.

5. Əyləncə və ya zarafat üçün olsa da, qeyri-qanuni şeylər barədə yazmayın. Sosial şəbəkədə önəmsiz olaraq yazdığınız yazılar sizə qarşı mənfi fikir doğurar.


Müəllif: İlhamə Əbülfət