26 May 2018 14:50
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edənVladimir Vasilyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Respublika Günü münasibəti ilə təbrik məktub göndərib.

Teleqraf.com-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu. Milli bayramınız – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edirəm. Azərbaycan Respublikası firavanlaşan müasir dövlətdir. Azərbaycan ölkə vətəndaşlarının mənafelərinə və xoşməramlı iradəsinə əsaslanan müstəqil siyasət yürütməklə beynəlxalq aləmdə öz mövqelərini ardıcıl surətdə möhkəmləndirir.

Əmin olduğumu bildirirəm ki, Dağıstan ilə Azərbaycan arasında konstruktiv qarşılıqlı əlaqələr və dostluq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq arzulayıram".


Müəllif: Teleqraf.com