26 May 2018 15:03
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun sərəncamı əsasında 5 məhkum həbsdən azad olunub.

Teleqraf.com-un məlumatına görə, bir qrup məhkumun ailə üzvləri və yaxınlarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə müraciətlərinə əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 5 nəfər məhkum cəzadan vaxtından əvvəl azad olunub, 4 nəfər məhkumun isə cəzası daha yüngül cəza növü ilə əvəz edilib.

Humanist addıma görə məhkum və onların ailə üzvləri Ali Məclisin sədrinə minnətdarlıqlarını bildiriblər.


Müəllif: Teleqraf.com