27 May 2018 23:16
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlıq Qarabağ münaqişəsi üzrə 20 ildən artıqdır davam edən danışıqlar heç bir müsbət irəlləyişə gətirib çıxarmır. Münaqişənin həll prosesini üzərinə götürən ATƏT-in Minsk qrupu demək olar ki, ancaq mövcud status-kvonun saxlanılmasına çalışır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq qeyd edib ki, həmsdərlik institutu bu günədən özünü doğrultmayıb:

“Həmsədrlərin fəaliyyəti yalnız danışıqlar prosesini uzatmaqdan ibarətdir. Digər yandan, Ermənistanda hakimiyyətə gəlmiş yeni siyasi qüvvələrin Qarabağla bağlı verdiyi təkliflər də danışıqlar prosesini tormozlayır. Hesab edirəm ki, buna görə də, danışıqlar həmsədr dövlətlərin başçıları səviyyəsində aparılmalıdır. Bu baxımdan, Ukraynadakı münaqişələrin həlli üçün qurulmuş “Normand Dördlüyü” formatını Qarabağ məsələsinə də şamil etmək olar.

Azərbaycan bununla bağlı həmsədr dövlətlərə rəsmi müraciətlər edə bilər. Hesab edirəm ki, bu yeni formada Türkiyə və Almaniyanın cəlb edilməsi də, Azərbaycanın maraqlarına uyğun olardı. Çünki həmsədrlik missiyasında kiçik ranqlı diplomatların təmsil olunmasının özü də danışıqlar prosesini əngəlləyir. Hesab edirəm ki, yeni fotmatın qurulması üçün hərəkətə keçmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu