27 May 2018 15:42
1 230
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox sevinirəm, cənab prezidentimizə təşəkkür edirəm.

Bunu Teleqraf.com-a açıqlamasında şair Qəşəm Nəcəfzadə deyib. O qeyd edib ki, bunu əməyinə verilən ən layiqli qiymət hesab edir:

“Açığı gözləntim yox idi, qəflətən dostum, Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza zəng edib dedi. Onun zəngi ilə öyrəndim. Çox sevinirəm və bir daha dövlət başçısına təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Q.Nəcəfzadə Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.


Müəllif: Səxavət