27 May 2018 21:41
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Gimnastika Federasiyası Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümü özünəməxsus tərzdə təbrik edib.

Gimnastlarımızın 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətilə bağlı hazırladıqları video-çarxda cəmiyyətə təsirli mesajlar ötürülüb.

Teleqraf.com sosial şəbəkələrdə maraqla qarşılanan video-çarxı təqdim edir.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevadır. Onun rəhbərliyi dövründə Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsi (2003), Dünya kuboku (2004), 27-ci Dünya çempionatı (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatları Azərbaycanda keçirilib.


Müəllif: Teleqraf.com