15 Avqust 2014 22:34
114 868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alt paltarlarının rəngi və modeli kişilərin diqqətini çəkdiyindən sağlam cinsəl həyat üçün şübhəsiz ki, əhəmiyyətli mənaya malik olur. Sağlam cinsəl həyat isə münasibətlərin uzunömürlü olmasına gətirib çıxarır. Kişi küçədə cəzbedici qız gördükdə dərhal onun əynindəki geyiminin altında hansı alt geyiminin, hansı rəng və fasonda olmasını düşünür. Seksual alt paltarlarının gücü kişilər üçün dayanılmaz olur. Çünki onun modeli və rəngi kişiləri ehtiraslandırmaq qabiliyyətinə malikdir. Bu mənada kişilərin “Victoria Secret”-in cazibədar mələklərinə həssaslığı başa düşmək olar. Əgər siz sevdiyiniz kişi ilə münasibətinizin ömür boyu yaxşı olmasını istəyirsiniszə, alt paltarı seçiminə diqqət edin.

Kişilər qadının temperamentini alt paltarına görə müəyyən edə bilərlər. Qadının geyindiyi alt paltarı onun əhval-ruhiyyəsindən danışa bilər. Qızların hansı alt paltarlarından xoşları gəlməsi kişilər üçün xüsusi maraq kəsb edir.

Kişilər hansı rəngdə alt paltarlarını bəyənir?

Qırmızı: Kişilərin əksəriyyəti qırmızı rəngdə olan alt geyimlərinə üstünlük verirlər. Qırmızı rəngli alt paltarı – ehtirasın nişanıdır və bu rəngdə alt geyimlərinə üstünlük verən xanımlar ehtiraslı, alovlu olurlar. Kişilər bu rəngi atəşin, odun və enerjinin rəngi kimi qəbul edirlər.

Qara: Qara rəngli alt paltarı romantizm, erotizm və seksuallıq ilə assosiasiya edilir. Kişilər düşünürlər ki, qara rəngli alt geyimlərinə üstünlük verən xanımlar böyük seksual qabiliyyətə malikdirlər.

Ağ: Bəzi kişilər ağ rəngli alt geyimlərinə üstünlük verirlər. Kişilər bu rəngli geyimlərə titrək və zərif hisslər ilə yanaşsalar da, onu seksual hesab etmirlər. Ağ rəngli alt geyimi – təmizlik, günahsızlıq və bakirəlik simvoludur. Bu zaman geyim qar kimi ağ rəngdə olmalıdır, qüsursuz təmiz və başqa tonlara malik olmamalıdır. Qaralmış dəridə isə ağ rəng fantastik və təmtəraqlı görünür.

Rəngli: Mavi, narıncı, qəhvəyi rəngli alt geyimləri kişiləri çox da cəzb etmir. Təbii ki, bu rəngin həvəskarları istisna olmaqla. Bir qayda olaraq, kişilər hesab edirlər ki, belə rəngdə alt geyiminə üstünlük verən xanımlar utancaqdırlar və ünsiyyətə açıq deyillər.

Hansı parçadan hazırlanmış alt paltarları kişiləri özünə cəzb edir?

Kişilər daha çox krujeva, atlas, ipək, şifondan hazırlanmış alt paltarlarına üstünlük verirlər ki, bu materiallar geyimin rəngini vurğulamaq qabiliyyətinə malikdirlər. Pambıqdan hazırlanmış alt paltarı isə kişilərin fikrincə, darıxdırıcı və ev geyimidir. Alt paltarlarının tikildiyi parça kişilərə xoş olan materiallardan olmalıdır.

Şortlar və ya strinqi?

Bir çox kişilər krujevalı şortlara xüsusi ehtiras hissi ilə yanaşırlar, digərləri isə strinqilərə üstünlük verirlər. Qadınlar üçün alt geyim modelləri barəsində kişilər müxtəlif cür düşünür. Bəzi kişilər idman stilində tikişsiz geyimlərə, başqaları da krujevalı şortlara və ipək xələtlərə üstünlük verirlər. Kişilər hesab edirlər ki, qadın geyimlərində olan müxtəlif bantlar, corablar çox seksual görünür.

Kişilər müxtəlifliyi sevir. Buna görə alt geyimlərinin rəngi, parçası və fasonu ilə müxtəlif təcrübələr aparmaq lazımdır. Əgər qadın alt paltarının modellərini tez-tez dəyişərsə, bu zaman o kişi üçün maraqlı qalacaq. Qadının özü də bu dəyişiklər vaxtı müxtəlif obrazlar alacaq, davranışı və əhval-ruhiyyəsi də dəyişəcək.

Unutmayın ki, seksual və gözəl, lakin sizə diskomfort yaradan geyim sizin üçün bəzək əşyası ola bilməz. Alt paltarı seçərkən onun rahat olmasına və təbii görünməsinə diqqət etmək lazımdır.

/tabloid.az/

Müəllif: