28 Aprel 2014 11:04
1 002
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beş rayonda təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, qaz ölçü qovşaqlarında daraldıcı qurğuların sərfiyyata uyğun yeniləri ilə əvəzlənməsi ilə əlaqədar bu gün saat 11:00-dan 13:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 13:00-dan 15:00-dək Bərdə və Xızı rayonlarının bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Tərtər və Siyəzən rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Sevinc


Müəllif: Teleqraf.com