16 Avqust 2014 12:24
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-80, Kiçik Qafqazın çaylarında 20-80, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 110 faizini təşkil edir.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 55 kubmetr olmaqla ongünlük normanın 41 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 17 m3/s olmaqla, ongünlük normanın 25 faizini təşkil edir.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Salyan məntəqəsində 2, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr azalma qeydə alınıb, Surrada isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 296, Salyanda, Bankədə 180 santimetr, Araz çayının Novruzlu məntəqəsində isə 21 santimetr təşkil edir.


Müəllif: