18 Avqust 2014 12:08

Nizami Cəfərov: “Görüş regional təhlükəsizliyin müzakirəsi baxımından da mühümdür”

“Naxçıvanda üç ölkənin müdafiə nazirlərinin görüşü vacib hadisədir”. Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, nazirlərin görüşü regional təhlükəsizliyin müzakirəsi baxımından da mühümdür. Onun sözlərinə görə, xüsusilə Azərbaycanla Türkiyə arasında bu tipli müzakirələr aparılır: “Bu cür görüşlər çox vacib məsələdir. Birgə layihələr türkdilli dövlətlərin bölgədə nüfuzunun daha da artmasında mühüm rol oynayacaq. Eyni zamanda, bu tipli əməkdaşlıq ölkələrimizin dünya miqyasında mövqelərinin gücləndirilməsinə daha güclü təsir edə bilər”.

Səxavət


Müəllif:
Загрузка...