14 Aprel 2014 14:50
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftəsonu ölkə ərazisində 12 yol qəzası qeydə alınıb, nəticədə 8 nəfər ölüb, 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Teleqraf.com-a verilən məlumata görə, aprelin 12-da respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Məlumata görə, bazar günü, aprelin 13-də ölkə ərazisində 4 yol qəzası baş verib. Qəzalar zamanı 3 nəfər ölüb, 1 nəfər yaralanıb.


Müəllif: