20 Avqust 2014 13:36
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan paytaxtında minlərlə insanın iştirak etdiyi etiraz aksiyası və müxalifətin İslamabaddakı xarici səfirliklərinin və hökumət binalarının yerləşdiyi "qırmızı zona"ya daxil olmaq təhdidi ilə əlaqədar Azərbaycanın Pakistandakı səfirliyinin mühafizəsi gücləndirilib.

Diplomatik missiyadan Trend-ə verilən məlumata görə, hökumət "qırımızı zona"da təhlükəsizlik tədbirlərini gücləndirib: "Həmin zonaya giriş konteyner-maneələrlə dayandırılıb. Yüzlərlə polis küçələrdə keşiş çəkir. Hazırda Azərbaycanın bu ölkədəki səfirliyi adi rejimdə işləməyə davam edir".
Qeyd edək ki, on minlərlə insan Pakistan parlamentinin binası qarşısına toplaşaraq hökumətin istefasını tələb edir.

Dünən İslamabadda 2 mitinq keçirilib. Onlardan birində müxalifət lideri İmran Xanın ("Pakistan Təhriki-İnsaf" partiyasının rəhbəri), digərində isə Tahir əl-Qədrinin ("Quran Yolu" dini hərəkatının başçısı) tərəfdarları toplaşıblar. Hər iki tərəf Baş nazir Nəvaz Şərifin istefasını tələb edir. Onlar Baş naziri seçkiləri saxtalaşdırmaqda və korrupsiyada ittiham edirlər.


Müəllif: