20 Avqust 2014 15:27

Uzun müddətdir aktiv siyasətdən çəkilən, AMİP lideri postunda qalsa da ölkə siyasətində baş verənlərə heç bir münasibət ifadə etməyən Etibar Məmmədov Azərbaycan mətbuatı ilə yanaşı Türkiyədəki prosesləri də diqqətlə izləyir.

Bu günlərdə Etibar Məmmədovla görüşmək fürsəti olmuş əməkdaşımıza məlum olub ki, AMİP lideri Türkiyə Silahlı Qüvvələrinin 26-cı Genəl Kurmay başqanı İlkər Başbuğun yazdığı “Suçlamalara qarşı gerçəklər” adlı kitabı oxuyur. Kitaba böyük maraqla göz gəzdirən Etibar Məmmədov onu iş masasının üzərində saxlayır.

Etibar Məmmədov bu barədə danışmaq istəməsə də bildirib ki, bir neçə fərqli kitabla yanaşı İlkər Başbuğun yazdığı cildi də İstanbuldan alıb.

Bununla belə, bu kitab seçimi Etibar Məmmədovun İlkər Başbuğun şəxsiyyətinə qarşı maraq və rəğbətinin olduğuna işarə edir.

Çormağan


Müəllif:
Загрузка...