20 Avqust 2014 15:30
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Əfqanıstanın Daxili İşlər Nazirliyi Sərhəd Polisinin Komandanı general-leytenant Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, DSX-nın aparatında general-leytenant Məhəmməd Şəfiq Fəzlinin təntənəli qarşılanma mərasimi keçirilib. Protokola uyğun olaraq Əfqanıstan Sərhəd Polisinin Komandanı Şərəf dəftərinə ürək sözlərini yazıb.

E.Quliyev və Məhəmməd Şəfiq Fəzlinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə sərhəd təhlükəsizliyi məsələləri, dövlət sərhədlərinin mühafizəsinin təkmilləşdirilməsi tədbirləri, əldə olunmuş xidməti nailiyyətlər müzakirə olunub, qurumlar arasında əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı Əfqanıstan sərhəd polisi əməkdaşlarının DSX Akademiyasında uzun müddətli akademik təlimlərdə, eləcə də müxtəlif ixtisas sahələri üzrə təkmilləşdirmə kurslarında iştirakı ilə bağlı ikitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfər çərçivəsində Əfqanıstan nümayəndə heyəti Bakı şəhərinin tarixi- mədəni yerləri ilə tanış olublar.

BƏXTİYAR


Müəllif: