21 Avqust 2014 12:27

13:47

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları danışıqlardan sonra qaldırıcı kran vasitəsilə intihar etmək istəyən şəxsi aşağı endirməyə nail olublar.

13:10

Millət vəkili Qənirə Paşayeva hazırda Koroğlu körpüsündə intihara cəhd edən Sadiq Nəsirovun yanındadır. Millət vəkili onu bu cəhddən çəkindirməyə çalışır. Qənirə Paşayeva Publika.az-a bildirib ki, həmin şəxsin problemlərini dinləyərək, yardım etməyə çalışacaq.

12:27

Bu gün Koroğlu metrostansiyasının yaxınlığındakı körpüdə intihara cəhd edən şəxs Mingəçevirin keçmiş icra başçısı Lütfəli Babayev tərəfindən aldadıldığını bildirib:

"Lütfəli Babayev Mingəçevirin icra başçısı olarkən məni aldadaraq 65 min dollar pulunu mənimsəyib. Həmin vaxt Mingəçevirdə trolleybus ləğv edilmişdi. Ona görə də Lütfəli Babayev trolleybus xətlərini satışa çıxarmışdı. Müştəri kimi icra başçısı ilə onun kabinetində görüşdüm. O, ümumilikdə 80-85 ton olan xətlərin bir tonunu 2000 dollara mənə satacağına razılıq verdi. O bildirdi ki, 3 günə qədər bütün sənədlər hazır olacaq və mən gedib malı ala biləcəyəm. Ancaq sonradan icra başçısı məndən beh istədi. Mən də ona 30 min dollar beh verdim. Lakin bununla kifayətlənməyən icra başçısı müxtəlif bəhanələrlə məndən daha 35 min dollar pul qopardı. Bir neçə ay keçdi. Ancaq Lütlfəli Babayevdən səs-soraq gəlmədi. Ona görə mən yenidən icra başçısının qəbuluna getdim. Lakin icra başçısı müxtəlif bəhanələrlə məni qəbul etmədi. aldandığımı anladım. Artıq bir neçə ildir bu məsələ ilə bağlı ölkə başçısına, hüquq-mühafizə orqanlarına şikayətlər etmişəm.

Müraciət etmədiyim məmur, getmədiyim idarə qalmayıb. Ancaq heç bir nəticəsi olmayıb. Son çarəm qalıb, o da intihar etməkdir. Və bildirmək istəyirəm ki, artıq heç bir məmura inamım qalmayıb. Qənirə Paşayevadan başqa".

11:46

Bu saatlarda 40-45 yaşlı kişi "Koroğlu" dairəsindəki asma körpüyə çıxaraq özünü atmaq istəyir.

Publika.az-ın hadisə yerində olan əməkdaşı bildirib ki, həmin şəxs icra hakimiyyəti ilə probleminin olduğunu bildirib.


Onu intihardan çəkindirmək üçün danışıqlar gedir.


Xatırladaq ki, Koroğlu dairəsindəki körpü artıq bir neçə dəfə belə intihar cəhdlərinin məkanı rolunda çıxış edib. Maraqlıdır ki. özlərinə diqqət çəkmək istəyənlər asma körpünün dəmir konstruksiyalı hissəsinə çıxıb, millət vəkili Qənirə Paşayevanı çağırırlar.

Həmin şəxs isə körpünün ən yüksək nöqtəsində olduğunu bildirirərək, məmurların hadisə yerinə gəlməsini istəyib. O, vurğulayıb ki, yalnız deputat Qənirə Paşayevaya və mətbuat orqanı kimi Bizimyol.info-ya inandığını deyərək, telefonu qapadıb.


Müəllif:
Загрузка...