28 Aprel 2014 16:53

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhərində inşa olunan Olimpiya stadionunun tikintisi və Ziya Bünyadov prospektinin genişləndirilməsi ilə əlaqədar genişmiqyaslı işlər həyata keçirir.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, prospektin genişləndirilməsi ilə əlaqədar olaraq, yolun mühafizə zonasında qalan mövcud qaz kəmərlərinin yeri dəyişdirilib, genişlənən hissənin altında qalmış xətlərinin yerinə 4110 metr uzunluğunda 315 mm-lik yeni polietilen borular çəkilib.

Stadionun tikinti ərazisinə düşən Əzizbəyov Qazpaylayıcı Stansiyasının (QPS) ləğv olunaraq əvəzinə yeni Qazpaylama Məntəqəsinin (QTM) tikintisi məqsədilə 790 metr uzunluğunda 530 mm-lik boru xətləri çəkilib. Həmçinin, uzunluğu 138 metr olan 720 mm-lik futlyar qoyulub, 3 ədəd bağlayıcı klapan, 3 ədəd qaztənzimləyici və 9 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılıb. Əzizbəyov QPS-nin ləğv olunması və Z.Bünyadov prospektində tunelin tikintisinə mane olan xətlərin yerinin dəyişdirilməsi ilə əlaqədar müvəqqəti olaraq ümumi uzunluğu 836 metr olan müxtəlif diametrli kəmərlər çəkilib.

Sabunçu dairəsində yeni yol qovşağının tikintisi ilə əlaqədar olaraq ümumi uzunluğu 395 metr olan müxtəlif diametrli qaz kəmərləri köçürülüb.

Bundan başqa, Gön-Dəri zavodunun ərazisindən keçməklə Z.Bünyadov prospekti ilə çəkilmiş 2 ədəd 315 mm-lik polietilen qaz 2 xəttinin Heydər Əliyev prospektinə qədər davam etdirilməsi üçün 1700 metr uzunluğunda qaz xəttinin çəkilməsi də nəzərdə tutulur.


Müəllif: