21 Avqust 2014 22:51

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində məsul vəzifəyə təyin olunub.

Bu barədə o özü Facebook səhifəsində məlumat verib. O, bu vəzifəyə təyin olunmasına və ona göstərilən etimada görə rəhbərliyə minnətdarlığını bildirib. Gülsel Səfərova bu etimadı doğruldacağını deyib.

Bundan öncə G.Səfərova QHT sektorunda çalışıb.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...