28 Aprel 2014 17:45
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oqtay Bayramov ilk açıqlamasını Teleqraf.com-a verdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişikliyi edilib.

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi həyata keçirilib. Nazirlik yarandığı vaxtdan qurumun mətbuat xidməti şöbəsinin rəhbəri olan Tural Müseyibov vəzifəsindən çıxarılıb. Onun yerinə isə İTV direktorunun sabiq müavini Oqtay Bayramov təyin edilib.

Oqtay Bayramov Teleqraf.com-a açıqlamasında sözügedən kadr dəyişiklikləri barədə informasiyaları təsdiq edib.

Xatırladaq ki, uzun illər “AzərTAc”da müxtəlif vəzifələrdə çalışan Oqtay Bayramov bir müddət İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətinin sədr müavini postunu tutub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin sabiq rəhbəri Tural Müseyibov yeni vəzifəyə təyinat alıb.

Nazir Kəmaləddin Heydərovun əmri ilə T. Müseyibova FHN-nin Muğan Regional Mərkəzinin rəis müavini postu həvalə edilib.

Xatırladaq ki, Tural Müseyibov Azərbaycan mediasında müxtəlif qurumlarda çalışıb. FHN yarandığı ilk günlərdən bu qurumda media ilə əlaqələrdən məsul olub. O, uzun illər nazirliyin mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyib.

Teleqraf.com


Müəllif: