22 Avqust 2014 21:21
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hava Nəqliyyatında Baş Gömrük İdarə­sinin həyata keçirdiyi tədbirlər nəticəsində ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına İstanbul-Bakı, Antalya-Bakı, Bodrum-Bakı, Burqas-Bakı və Moskva-Bakı aviareysləri ilə gələn Azərbaycan vətəndaşlarından metaldan hazırlanmış, ümumilikdə 8 ədəd soyuq silah - o cümlədən, 4 ədəd "beşbarmaq" və 4 ədəd dəyənək aşkar edilərək götürülüb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə 8 belə fakt aşkar edilib və bütün faktlarla bağlı təhqiqat aparılır.

Komitə səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar digər məsuliyyət növləri ilə yanaşı, cinayət məsuliyyəti də nəzərdə tutulub.


Müəllif: