29 Aprel 2014 00:12
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquq müdafiəçisi Leyla Yunusla həyat yoldaşı Arif Yunus Bakıda saxlanılıb.

Teleqraf.com bildirir ki, bu barədə vəkil Fuad Ağayev mətbuata açıqlama verib.

Vəkilin sözlərinə görə, Leyla Yunusla həyat yoldaşı Bakı aeroportunda saxlanılıblar. Onların Bakı-Doha aviareysini həyata keçirən təyyarəyə minərkən saxlanıldıqları bildirilir.

Yunus ailəsinə evlərində və ofislərində axtarış aparılacağı bildirilib. Onlar isə həyata keçiriləcək bütün tədbirlərin vəkil vasitəsilə aparılmasını tələb ediblər.

Məlumata görə, saxlanılan şəxslər vəkil olaraq Xalid Bağırovu tələb ediblər.

Qeyd edək ki, Fuad Ağayev bir müddət öncə Türkiyədən Bakıya gələrkən saxlanılmış Rauf Mirqədriovun vəkilidir. R. Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əlaqədə ittiham olunur. Onunla bağlı cinayət işində adı keçən şəxslərdən biri də Leyla Yunusdur.


Müəllif: Teleqraf.com