29 Aprel 2014 10:12

Milli Məclisin deputatı Ceyhun Osmanlının atası, Göyçay rayon İcra Hakimiyyəti başçısının müavini Yunis Osmanlı oğlu ilə bağlı yazılanlara münasibət bildirib.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, jurnalistlər oğlu haqqında həqiqətə uyğun olmayan məlumatlar yazırlar: "Yazılanlar doğru deyil. Bu, təşkil olunmuş kampaniyadır və heç bir effekt verməyəcək. Mən oğlumdan narahat deyiləm. Çünki onu yaxşı tanıyıram. Bilirəm ki, Ceyhun mətbuatda yazıldığı kimi deyil. O, dövlətçiliyə sadiq adamdır".

Y.Osmanlı əlavə etdi ki, C.Osmanlı hamı kimi müsəlmandır: "Onun adını "nurçu"luqda hallandıranların özlərini araşdırmaq lazımdır. Mən uşaqlarıma düzgün tərbiyə vermişəm. Balacalıqdan onları elmə-təhsilə yönəltmişəm, savadlı uşaqlar böyütmüşəm. Bir ata kimi oğlum barədə yazılanlar məni incitsə də, Ceyhuna çox inanınam".

Qeyd edək ki, millət vəkili C.Osmanlının adı "nurçu"luqda hallanır. Onun dini şəbəkənin Azərbaycandakı üzvü olduğu bildirilir.

Ruslan


Müəllif: Ruslan Xəlil