14 Aprel 2014 15:48
1 844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov iranlı həmkarı Hüseyn Dehqanla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş İran Müdafiə Nazirliyində baş tutub.

Görüşdən öncə Azərbaycanın müdafiə naziri Z.Həsənovun rəsmi qarşılanma mərasimi olub. Nazir şəhidlərin məzarını ziyarət edib.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsinin aparılması, İran İslam Respublikasının rəhbərliyi ilə görüşlərin keçirilməsi də planlaşdırılır.


Müəllif: