29 Aprel 2014 16:38
1 810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisini deputatı Fərəc Quliyevin oğlu Turkel Quliyevin oğlundan Səbail rayon Məhkəməsinə müraciət edib. Turkel Quliyevin törətdiyi yol qəzasında xəsarət alan Bakı şəhər sakini Afaq Süleymanova məhkəməyə göndərdiyi iddia ərizəsində deputatın oğlundan 100 min manat təzminat tələb olunur.

Afaq SüleymanovaTeleqraf.com-a deyib ki, Yasamal rayonunda yoldan keçərkən Türkel Fərəcovun idarə etdiyi maşının altında qalıb. Afaq Süleymanova deputatın oğlunun aldığı qəzadan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikada müalicə alan Afaq Süleymanova sonradan müalicəsini Kliniki Tibbi Mərkəzdə davam etdirib.

Afaq Süleymanovanın sözlərinə görə, xəstəxanada aldığı müalicəsinin xərclərini deputat çəkib. O, deyib ki, xəstəxanada düzgün müalicəsi aparılmayıb və bununla bağlı gözlərində qüsur əmələ gəlib: “Göz damarlarımda qan yığılması qalıb. Bununda müalicəsi Azərbaycandan kənarda aparılmalıdır”.

Afaq Süleymanova deyib ki, Türkel Quliyev hadisə zamanı sürət həddini aşıb və bunun da nəticəsində ağır qəzanın baş verməsi ilə nəticələnib. O, deyib ki, ekspertiza sürət həddi ilə bağlı saxta rəy verib. Onun sözlərinə görə, rəy əsasında Yasamal rayon Prokurorluğu cinayət işinin başlanmasına xitam verib: “Atam cinayət işinin rədd edilməsi ilə bağlı Baş prokuror Zakir Qaralova müraciət edib. Müraciətimiz əsasında cinayət işi təzələnib və araşdırılması üçün Hərbi Prokurorluğa göndərilib”.

Afaq Süleymnaova deyib ki, deputatın oğluna qarşı Səbail rayon Məhkəməsində iddia qaldırıb. İddiaçı dəymiş mənəvi ziyana görə, deputatın oğlundan 100 min manat təzminat ödəməsini tələb edir. Iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə Türkel Süleymanova məhkəmədə iştirak etməsi üçün bildiriş göndərsə də, o, məhkəmənin hazırlıq iclasında iştirak etməyib. Məhkəmə baxışı mayın 6-na təyin olunub.

Qeyd edək ki, Türkel Quliyev Milli Məclisini üzvü Fərəc Quliyevin kiçik oğludur. Türkel Quliyev Bədən Tərbiyə və İdman Akademiyasını bitirib, ehtiyatda olan zabitdir.

Hacı Zeynalov


Müəllif: Hacı Zeynalov