29 Aprel 2014 17:26

Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızının universitetdəki postlarından uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Deputat Teleqraf.com-a açıqlamasında bildirib ki, yeni rəhbərlik ADİU-da islahatlar aparır: "Mənim universitetdə iki qohumum işləyir. Qardaşımın qudası Müzəffər Məmmədov və qızım Çeşmə xanım orada çalışırlar. Müzəffər Məmmədovun yerinə başqa adam təyin olunub. Qızım isə adi qrup rəhbəridir, işini davam etdirir".

Qeyd edək ki, Mia.az saytı ADİU-da keçmiş rektor Ş.Hacıyevə yaxın adamların təhsil ocağındakı postlarından uzaqlaşdırılmasına dair məlumat verib. Qeyd olunur ki, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb.

Ş.Hacıyev rektor postundan uzaqlaşdırılandan sonra Ə.Muradovun fəaliyyətinə qarışmadığını bildirdi.

Ruslan


Müəllif: Ruslan Xəlil