30 Aprel 2014 09:23

Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus anbarda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, yanğında Uşaq poliklinikasının ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyünün 10 kv.m sahəsi yararsız hala düşüb.

Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunmuşdur. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.


Müəllif: Teleqraf.com