1 May 2014 09:59
2 479

Bu gün səhər saatlarında Bakı Metropolitenində yaranan sıxlığın səbəbi məlum olub.

Teleqraf.com xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, yaranan sıxlığın səbəbi “Həzi Aslanov”dan “Dərnəgül” istiqamətində hərəkət edən qatardakı problemdir.

Həmin nasazlığa görə sərnişinlər qatardan təxliyə edilib və qatar depoya göndərilib.

Mətbuat xidmətindən onu da əlavə ediblər ki, qatarların hərəkətində ümumi intervalda 2-2,5 dəqiqə gecikmə baş verib. /azvision/


Müəllif: Teleqraf.com