1 May 2014 14:15
604

“Çağ Öyrətim” Vergilər Nazirliyini məhkəməyə verməsi ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, bir sıra internet xəbər portallarında Çağ Öyrətim İşlətmələri MMM-in Azərbaycan Respublikası Vergilər Nazirliyini məhkəməyə verməsi barədə xəbər yayılıb: “Azərbaycan Respublikası Konstitusiyasına, qanunvericiliyinə və nizamnaməsinə əsasən fəaliyyət göstərən Çağ Öyrətim İşlətmələri MMM-in daxil olduğu hüquq münasibətlərində hər bir hüquqi və ya fiziki şəxs kimi ortaya çıxan fikir ayrılıqlarını məhkəmə vasitəsi ilə aradan qaldırmaq hüququ var.

Təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə əlaqədar olaraq qanunda nəzərdə tutulan “təhsil müəssisələri” anlayışının hazırlıq kurslarına aid edilib edilməməsinin məhkəmə vasitəsi ilə aydınlaşdırılması hüququndan istifadə etməsini başqa cür ifadə etmək, ictimailəşdirmək və təhlükə kimi göstərmək, hər bir kiçik məsələni böyüdərək gündəm formalaşdırma cəhdlərinin uzun müddətdir başlanmış bir kampaniyanın tərkib hissəsi olduğunu ictimaiyyətin diqqətinə çatdırırıq”. /Qafqazinfo/


Müəllif: Teleqraf.com