2 May 2014 18:18
957

Xaçmazda sakinlər səhəri açar-açmaz şoka düşüblər. Teleqraf.com bildirir ki, Xalq Şairi Səməd Vurğunun büstü parkda sınmış vəziyyətdə aşkar edilib.

Ayaqlar altına atılmış bu büst mərhum sevimli şairimiz, unudulmaz şairimiz Səməd Vurğunun büstüdür. Bu gecə, yəni aprelin 30-dan mayın 1-ə keçən-gecə, bu büst postamentdən sındırılaraq yerə atılıb. Hansı səbəbdən olduğu bilinmir. Rayon sakini Mehdi Nəsibovun sözlərinə görə, büst özü uça bilməz, çünki 30 idən çoxdur ki, o, heykəl burdadı, necə ola bilər ki, bu boyda tufanda, qasırğada, qarda uçmadı, indi uçdu.

Azərbaycan poeziyasının unudulmaz nümayəndələrindən biri olan Səməd Vurğunun sındırılmış büstü olan parka gələn Xaçmaz icra nümayəndəsinin müavini Şıxəli Məmmədəv bir neçə ildir Səməd Vurğun parkının uzunmüddətli icarəyə verildiyini dedi. Bildirdi ki, heykəlin uçması xəbərini bizdən eşidib və heykəlin qorunması ilə bağlı bütün məsuliyyəti də həmin icarədar daşıyır.
Şıxəli Məmmədov: “Bu kiminsə, himayəsindədirsə, kiminsə icarəsindədirsə, həmin adam özü baxmalı idi bu parka. Əgər alıbsa, nə məqsədlə bu parkı, mən deyə bilmərəm, tanımıram da kim alıb”./ANS TV/


Müəllif: Teleqraf.com