3 May 2014 12:52
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi azərbaycanlı generalın Rusiyaya qaçması xəbərinə aydınlıq gətirib.

Teleqraf.com Nazirliyin saytına istinadən xəbər verir ki, Silahlı Qüvvələrin Hərbi Akademiyasında bölmə rəisi olduğu bildirilən general Bağır Fətullayevin Rusiyaya qaçması xəbəri həqiqətə uyğun deyil.

"Bəzi kütləvi informasiya vasitələrində guya Azərbaycan Respublikası Silahlı Qüvvlərinin yüksək rütbəli hərbi qulluqçusunun xarici ölkəyə getməsi ilə bağlı məlumatlar yayılıb. Adı hallanan şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb. Müdafiə Nazirliyi bildiririk ki, yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil" - deyə, məlumatda bildirilir.

Qeyd edək ki, azərbaycanlı general Bağır Fətullayevin Rusiyaya qaçdığı haqqında xəbərlər yayılıb. Onun vaxtilə Rusiyada ordu komandanının müavini vəzifəsində çalışdığı, təxris olunduqdan sonra keçmiş nazir Səfər Əbiyev tərəfindən Silahlı Qüvvələrin Akademiyasında yüksək vəzifə verildiyi deyilir. Rusiyaya getməsinə səbəbsə MN-nin rəhbərliyi ilə problemlər yaşamasıdır.

Ayxan


Müəllif: