5 May 2014 10:39
569

Bakıda ağır yol qəzası baş verdi. 6 nəfərin xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sabunçu Rayon Polis İdarəsindən məlumat verilib. Yol qəzası “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb.

“Nissan” markalı avtomobillə 160 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobusda sərnişinlər 1977-ci il təvəllüdlü Mehmet Yusif, 1947-ci il təvəllüdlü Mustafa Ramazanov, 1973-cü il təvəllüdlü Engin Şenor, 1990-cı il təvəllüdlü Vüqar Məhərrəmov, 1991-ci il təvəllüdlü Firuz Bayramov, 1992-ci il təvəllüdlü Mirzə Rzayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.


Müəllif: Teleqraf.com