5 May 2014 13:25
640

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 ili münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini icmaların nümayəndələri arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı məqalə müsabiqəsini yekunlaşdırıb.

DQİDK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müsabiqənin münsiflər heyətinin sədri, DQİDK-nın sədrinin 1-ci müavini Səyyad Salahlının bildirib ki, ümumilikdə 50-ə yaxın yazı müsabiqədə iştirak edib. İctimai-siyasi-yaradıcılıq təşkilatlarının nümayəndələrindən və komitə rəhbərliyindən ibarət olan münsiflər heyəti üzvlərinin verdiyi qiymətlərə əsasən ilk üçlük müəyyənləşdirilib. Belə ki, 3-cü yerə Qaradağ rayonu, Qızıldaş qəsəbə məscidi dini icmasının sədri Fərhad Ağayev, 2-ci yerə Oğuz şəhəri Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilov və 1-ci yerə Göyçay rayon Mərkəz məscidi dini icmasının sədri Müşfiq Əsgərov layiq görülüblər. Bundan başqa 3 nəfər həvəsəndirici mükafat qazanıb.

Qeyd edək ki, qaliblər I yer üçün – 500 , II yer üçün – 400, III yer üçün – 300 manat pul və Dövlət Komitəsi tərəfindən diplomlarla mükafatlandırılacaqlar.

BƏXTİYAR


Müəllif: Teleqraf.com