5 May 2014 14:44
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Həmid Herisçi teleqraf.com-a açıqlamasında “Solaxay” romanından danışdı. O, kitabını klaviaturada sol əllə yazdığını dedi: “Kitaba oxucuların marağı yetərincədir. Mən təqdimat günü də bunu hiss etdim.

Əlbəttəki bir müddət sonra “Solaxay” romanı haqqında yazmağa başlayacaqlar. Hətta bu barədə elmi məqalələr də yazılacaq. Mən romanı sol əlimlə klaviaturada yazmışam. Əsərlərimi həm sağ, həm də sol əlimlə yaza bilirəm. Ancaq “Solaxay”ı sırf solla yazdım. Mən sağ əlimdən imtina etdim. Klaviaturada adətən iki əllə yazırlar. Ancaq mən solla yazdım”.


Müəllif: Teleqraf.com