15 Aprel 2014 18:14
1 226
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsindən “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsilməsi məsələsinə münasibət bildirilib.

İdarənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi məsələ ilə əlaqədar olaraq bir neçə ay öncə fətva verib.

Qafqaz Müsəlmanları İdarəsi mətbuat katibi Rəhimə Dadaşova məsələ ilə əlaqədar olaraq ANS PRESS-ə açıqlamasında Qafqaz Müəlmanları İdarəsi Dini Mərkəz olaraq heç bir konkret cərəyana qarşı savaş açmadığını bildirib. QMİ yalnız müxtəlif dini cərəyanların Azərbaycanda təbliğatına qarşıdır. Bunu hər zaman birmənalı şəkildə bəyan edir.

Mətbuat xidmətindən bildiriblər ki, idarənin fətvasında deyilir ki, Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda yayılan xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərayanları radikal şəkildə təbliğ edənləri təsirinə düşərək dövlətimizin "dini etiqad azadlığı haqqında" qanununa zidd hərəkətlərə yol verən şəxsləri həm müqəddəs dinimizə, həm də xalqımızın dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayır: “Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror,zorakılıq, ekstrimizim, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsimizi ucatmışıq. Biz xalqımızın milli mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrıseçkiliyinə şərait yaradan, bölgələrimizdə xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərayanları radikal şəkildə təbliğ edənləri təsirinə düşərək dövlətimizin "dini etiqad azadlığı haqqında" qanununa zidd hərəkətlərə yol verən şəxsləri həm müqəddəs dinimizə, həm də xalqımızın dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq”.

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Qazilər Şurasının yanvar ayında fətva verib. fətvada qeyd edilir ki, son zamanlar İslamda cihad və şəhadət kimi müqəddəs məqamlardan sui-istifadə hallarının, o cümlədən ictimaiyyətin bəzi dairələrində bu mövzuda yer alan qərəzli mülahizələrin cəmiyyətin dindar təbəqəsini narahat etməsini nəzərə alaraq aşağıdakıları bildirməyi vacib sayır:

"İslam dinində şəhidlik - iman, haqq, ədalət, vətən uğrunda mübarizənin yüksək zirvəsidir. Vətən, torpaq uğrunda canından keçərək şəhidlik məqamına ucalmaq ən böyük şərəf və qürurdur. Bizim hər birimizin boynunda 20 yanvar, Qarabağ şəhidlərimizin haqqı var. Odur ki, şəhidlik zirvəsinə ucalanların adlarını yaşatmaq, onları gənc nəslə nümunə göstərmək hər birimizin borcudur. Şükürlər olsun ki, dövlətimiz və xalqımız şəhidlərimizin xatirəsini daima uca tutur. Onların ruhlarını böyük ehtiramla yad edir".

Fətvada qeyd edilib ki, şəhidlik fəlsəfəsinə görə, müqəddəs Hədisi-Şərifdə buyrulduğu kimi vətəninə, dininə, torpağına, ailəsinə edilən zülm və ədalətsizliyə qarşı mübarizədə öldürülən şəxs şəhiddir. İslam dinində cihad və şəhidliyin əsas şərti təcavüz edənlərə qarşı özünümüdafiədir. Lakin təəssüflə qeyd etməliyik ki, son dövlər cihad və şəhadət kimi İslamda müqəddəs məqamlara dair təhrifi düşüncələri məqsədli şəkildə cəmiyyətimizə sirayət etdiriməsinə cəhdlər müşahidə olunur. Bizi narahat edən məqam bir sıra xarici ölkələrdə baş verən silahlı münaqişələrə qərəzli məqsədlərlə qatılmış bəzi həmvətənlilərimizin əməllərinin cihad, fiziki məhvinin isə şəhidlik kimi təqdim olunmasıdır.

QMİ bəyan edir ki, bu şəxslərin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Əqidə iman təşəbbüsü ilə tamamlanmırsa kamil deyil. Belə ki, Peyğəmbərimiz Məhəmməd Salavatullahın buyurduğu kimi "vətəni sevmək,qorumaq imandandır.
Azərbaycan xalqının Qarabağ kimi böyük dərdi var, torpaqlarının 20 faizi erməni ekstremistləri tərəfindən işğala məruz qalıb, Xocalı qətliamının acısını bu günədək çəkməkdəyik. Müharibə şəraitində yaşadığımız bir dövrdə bəzi vətəndaşlarımızın digər ölkələrdə baş verən iğtişaşlarda, məzhəb qarşıdurmalarında guya dinin təəssübünü çəkmək adıyla dinc əhaliyə yönəlik qərəzli və təmənnalı savaşı, çoxsaylı günahsız insanların məhvinə bais olması dinimizin mahiyyətinə ziddir. İslam dininə görə niyyət vacibdir. Peyğəmbərimiz Mühəmməd Salavatullah buyurur ki, qərəzli, təmənnalı niyyətlə döyüşərək öldürülən şəxs şəhid deyil.

Belələrinin əməllərinin cihad və şəhidlik məqamına aid edilməsinin heç bir şəri əsası yoxdur. Belələrinin əsl məqsədlərinin fitnə-fəsadlarda iştirakdan dolayı hansısa şəxsi təmənnalar olduğunu dərk edir və bəzi vətəndaşlarımızın bu və ya digər məramlı ixtilaflarda muzdla iştirakını, başqa dövlətlərin daxili işinə qarışmalarını qətiyyətlə pisləyirik. Dindarlarımız, həmçinin, dövlətimizin beynəlxalq nüfuzunun, siyasi və iqtisadi qüdrətinin artmasından narahat olan xarici qüvvələr tərəfindən yaradılıb, maliyyələşdirilən qurumların ölkəmizdəki daxili sabitliyi pozmağa yönəlik məkrli niyyətlərinin həyata keçirilməsinə həmvətənlərimizin hədə-qorxu və ələ alma yoluyla cəlb edilməsini, bu yolda din adından təxribat məqsədilə sui-istifadəni yolverilməz sayırlar.

Qafqaz Müsəlmanlarının dini mərkəzi olaraq, hər zaman dünyanın istənilən nöqtəsində baş verən terror,zorakılıq, ekstrimizim, din pərdəsi altında radikalizm əleyhinə etiraz səsimizi ucatmışıq. Biz xalqımızın milli mənəvi dəyərləri ilə bir araya sığmayan məzhəb ayrıseçkiliyinə şərait yaradan, bölgələrimizdə xəvariclik, təkfirçilik, vəhhabilik, sələfilik, nurçuluq və digər dini cərayanları radikal şəkildə təbliğ edənləri təsirinə düşərək dövlətimizin "dini etiqad azadlığı haqqında" qanununa zidd hərəkətlərə yol verən şəxsləri həm müqəddəs dinimizə, həm də xalqımızın dövlətimizin mənafe və maraqlarına xələl gətirən hərəkətlərini qətiyyətlə qınayırıq.

Qazilər Şurası Azərbaycan dindarlarının çoxsaylı müraciətlərindəki iradəsini nəzər alaraq belələrinin müstəqil dövlətimizin qanunları qarşısında cavabdehlik daşımalarını tələb edir.

Qazilər Şurası qərar alıb ki, din xadimlərimiz öz moizə və xütbələrində cihad və şəhadətin əsl mahiyyətini bu fətvada əksini tapan məqamları dindarlara, xüsusilə gənc nəslə çatdırsınlar. Ümidvarıq ki, xalqımız dindarlarımız İslamın şəhidlik cihad fəlsəfəsini mahiyyətinə daha dərindən vararaq, onun dəyər və məziyyətlərini hikməti işığında sıx birləşəcək, torpaqlarımızın bütövlüyünə,vətənimizin davamlı tərəqqisini, müqəddəs dini mənəvi dəyərlərin təntənəsini təmin etmək yolunda böyük əzm nümayiş etdirəcək.


Müəllif: