9 May 2014 13:19
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallı rayonunda güclü partlayış olub. Hadisə rayonun Təklə kəndində fərdi yaşayış evində baş verib.

Partlayış bu gün səhər saat 8:30 radələrində baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Belə ki, ev sahibi Vilayət Məmməd Oğlu İbrahimov və onun qızı Südabə İbrahimova müxtəlif dərəcəli yanıq xasrətları alıb.

Hər iki yaralı Masallı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. V.İbrahimovun 51, S.İbrahimovanın isə 17 yaşı var. Xəstəxanadan verilən məlumata görə, ev sahibinin bədəninin 60%-i, qızının isə bədəninin 25%-i yanıb. Xəsarət alanların vəziyyətləri ağır olduğuna görə hər ikisi Bakıya göndərilib.

Qeyd edək ki, partlayışın səbəbləri hələlki məlum deyil./anspress/


Müəllif: