9 May 2014 18:10
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda 4 nəfər edam edilib.

Teleqraf.com-un məlumata görə, məhbuslardan ikisi qəsdən adam öldürməkdə, ikisi isə narkotik maddələrin qaçaqmalçılığında günahlandırılaraq dara çəkiliblər.

Yalnız ad və soyadının baş hərfləri qeyd edilən məhbus polis əməkdaşını qətlə yetirdiyinə görə mayın 8-də səhər saatlarında Savə şəhərində əhalinin gözü qarşısında asılıb.

Qətl və narkotik maddələrin qaçaqmalçılığında ittiham edilən digər 3 məhbus isə mayın 7-də səhər saatlarında Qum şəhərinin mərkəzi həbsxanasında edam olunub. Onların da ad və soyadlarının yalnız baş hərfləri açıqlanıb.


Müəllif: Teleqraf.com