12 May 2014 00:14
1 455
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS televiziyasının vitse-prezidenti Mirşahin Ağayev azadlığa buraxılan sabiq deputat Gülər Əhmədovadan müsahibə alıb.

Teleqraf.com ANS-ə istinadən müsahibəni təqdim edir:

- Gülər xanım, dostlar, tanışlar bu sınaqdan necə çıxdı? Yaxınlar bu sınaqdan necə çıxdı?

- Belə gündə əlbəttə ki, saf-çürük olur, amma mən dostlarımdan razıyam. Demək olar ki, hamıdan razıyam. Mən cinsiyyətindən asılı olmayaraq kişi bildyim adamlar kişi çıxdılar.

- Hər-halda bir il 3 ay. Az bir müddət deyil. Kim üçün daha çox darıxırdınız və kimin sizin üçün çox darıxdığını hiss elədiniz?

- Əlbəttə ki, ailəm. Çox xoşbəxtəm ki, belə bir ailəm var. Bəlkə dünyadan qazandığım ən böyük şey budur. Ən böyük nigarançılığım anam idi. Məni üzən məhz bu idi ki, birdən anamı görmərəm, halallaşa bilmərəm, nə isə baş verər. Anam kifayət qədər xəstə bir insandır. Amma Allaha çox şükür. Hər gün gözləyirdim bu günü. Elə bir gün yoxdur ki, mən bu günü gözləməyim. Yəni hər gün inanırdım ki, belə bir şey baş verməlidir.

- Qaldığınız yerdə nə ilə məşğul olurdunuz və günü neçə keçirirdiniz? Neçə başlayırdı vaxt və necə bitirdi?

- Bilirsiniz, mən bu şeyləri deməyi xoşlamıram. Əlbəttə ki, bir daxili aləm var. Yaradanla bir münasibətləri var. O münasibətlər üçün kifayət qədər vaxt ayrılmışdı.

- Biz səni “Dəmir” qadın kimi tanıyırdıq. Elə millət vəkilləri arasında da, dostlar arasında da. Gülər xanımı ağlayan yerdə təsəvvür eləməmişdim və görməmişəm. Ya siz bunu məharətlə gizlətmisiniz, ya da ümumiyyətlə ağlamırsınız?

- Yox orada da ağlamırdım. Hətta, orda olan xanımlar vardı. Mənə deyirdilər ki, ağla, ağlamaq yaxşı şeydir. Onlara deyirdim ki, ağlaya bilmirəm, nətəhər ağlayım. Amma sonra onlar bir dəfə mənə dedilər ki, yuxuda ağlayırsan.

- Həmişə görmüşük ki, qadının əli hər yerdən üzüləndə ağlayır?

- Mənim əllərim üzülməmişdi. Ümumiyyətlə, həmişə orda olan qadınlara da deyirdim. Mənim ora gəlməyim kifayət qədər qadınlara dəstək oldu. Onlar, hətta belə bir zərb məsəlinə çevirmişdilər. Deyirdilər ki, əşi bizim nə dərdimiz var. 3 dəfə millət vəkili seçilmiş adam yatırsa, bizə nə gəlib, biz də rahat oturmalıyıq. O, vaxtdan mən əlimi üzməmişdim. Mən həmişə o xanımlara deyirdim ki, ümidsiz şeytandır.

- Bilmirəm, bəlkə də bu, hər yerdə belə deyil. Amma mənim anlayışımda "qadın azad oldu" ifadəsinin bir mənası var. Qadın dünyaya uşağ gətirəndə deyirlər "azad oldu". Sizin situasiyada "qadın azad oldu" , Gülər Əhmədova azad oldu. Bu, həm də azadlıqla bağlıdır. Eyni zamanda analıqla da bağlıdır. Çünki, sizin azad olmağınıza hamıdan çox sevinən birinci Tamerlan idi. Sizin oğlunuz. Neçə qarşıladı və siz onunla görüşəndə neçə apardınız özünüzü, çünki biz o kadrları görməmişik?

- Məni ayaqda saxlayan şeylərin biri də bu idi ki, Tamerlan uşaq olsa da, ona ikiqat zərbə dəymişdi. Belə ki, məhz Tamerlanın ad günündə mən həbs olunmuşdum. Yəni, bu Tamerlan üçün də, mənim üçün də ağır zərbə idi. Tamerlan məni yanıma gəlirdi və həmişə deyirdi ki, ad günümü gəl dəyişək, sən buradan çıxasan. O, elə hesab edirdi ki, ad gününün vaxtını dəyişəndə mən tez çıxacam.

- Çox orijinal yanaşmadır. Ona görə də Tamerlanı bura çağırmaq istəyirəm. Tamerlan, bundan sonra sən nə etməlisən ki, anan bir daha heç yerə getməsin.

- Bu barədə fikirləşməmişəm.

- Hər halda ananın yanında olmaq lazımdır.

Gülər xanım deyir ki, gedir-gəlir qısılır, gedir-gəlir qısılır. Özümə də birtəhər gəlir. Bu, belə uşaq deyildi. Balaca vaxtında həmişə tez-tez ezamiyyətlərə gedib-gəlmişəm. Bu hadisədən sonra çox qəribə olub, duyğusal olub.

- Amma Tamerlan yəqin bilir ki, sizin azad olmağınızda onun böyük rolu var. Məhz himayənizdə azyaşlı uşağın olması. Belə ki, Gülər xanım azadlığına görə Tamerlana borcludur, necə ki, Tamerlan da dünyaya gəlməsində sizə borcludur.

- Hamımız Allaha borcluyuq.

- Allah köməyiniz olsun. Və sizə minnətdaram ki, eksklüziv müsahibəni bizə, məhz ANS-ə verdiniz.

- Sağ olun.


Müəllif: