12 May 2014 01:25
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donetsk və Luqansk vilayətlərindəki referendumlarla bağlı mövqeyini onların nəticələrinə əsasən məyyən edəcək".

Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya prezidentinin qərarının necə olacağını proqnozlaşdırmaq çətindir", - Peskov əlavə edib.

"Kommersant"ın "Putin federallaşdırma tərəfdarlarından referendum keçirməyi xahiş etmişdi, bu fakt onun mövqeyinə təsir edəcəkmi" sualına cavabında Rusiya prezidentinin mətbuat katibi delə bir dəqiqləşdirmə edib: "O, xahiş etməyib, belə məsləhət görüb".

"Lakin hətta Rusiya prezidentinin avtoritetinə baxmayaraq, bu məsləhətə qulaq asmaq mürəkkəb idi. Real döyüş əməliyyatları aparıldığı üçün sakinlər mövcud vəziyyətə uyğun öz planları üzrə hərəkət etməyə məcburdurlar", - Peskov həmin suala cavabında deyib.

Nihad


Müəllif: