12 May 2014 15:36
568

“Mayın 12-də heç bir atəşkəs müqaviləsi imzalanmayıb. Müqaviləni ancaq hökümət imzalaya bilər və o işi də hökumət mayın axırında görüb. "Bişkek protokolu" heç bir hüquqi əhəmiyyət kəsb etməyən adi bir iştirak edənlərin arzu protokoludur, bu barədə dəfələrlə yazmışam və ağzıgöyçəklərə cavab vermək niyyətində deyiləm. Əgər "Bişkek protokulu"nun elə bir əhəmiyyəti olubsa, onda mənə də bir kiçik büst qoysunlar. Bir sözlə, bu məsələyə xitam verildi. Müqavilə ilə pörotokol arasında fərqi anlamayanlar, ümumiyyətlə parlament sədrinin heç bir müqaviləyə imza atmağa səlahiyyəti olmadığını anlamayan başı boşlar üçün heç bir izahatın əhəmiyyəti yoxdur.”

Teleqraf.com-un məlumatına görə, bunu Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyev mayın 12-də imzalanmasının 20 ili tamam olan "Bişkek protokulu" ilə bağlı bir daha mövqeyini ifadə edib.

Qeyd edək ki, 1994-cü il mayın 8-də imzalanan və həmin ayın 12-də qüvvəyə minən "Bişkek protokolu"na Azərbaycan tərəfindən həmin dövrdə parlament sədri olan Rəsul Quliyev imza atıb. Protokolda Azərbaycan və Ermənistan tərəflərinin atəşkəs elan etməsi nəzərdə tutulub.

Ayxan


Müəllif: