12 May 2014 16:55
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti, millət vəkili Zeynəb Xanlarova toylardan danışıb.

Teleqraf.com xəbər verir ki, sənətçi İTV-də nümayişinə başlanılan “Telemizan” verilişində toylarda oxuyan müğənnilərə səslənib:

“Mən toya gedən müğənni olmamışam, qazancım konsertlərdən idi. Bununla belə, toya gedənləri tənqid etmirəm. Amma indi müğənnilər toylardan qazanırlar, konsertlərdən pul götürə bilmirlər. Bir onu deyirəm ki, toya gedəndə xalqı unutmayın, camaatı aldatmayın. Qoy, toy oxuyanda da xalqı yaddan çıxarmasınlar. Nəyiniz var, verin xalqa, bəhrəsini görəcəksiniz”.

Z.Xanlarova efirlərdə az-az görünmsəindən də söhbət açıb:

“Görün, neçə ilin sənətkarıyam. Bütün kanallara hörmətim var, amma dəvətlərini qəbul etmirəm. Çünki insanların gözünə çox girmək istəmirəm. Sizə deyim ki, heç evimin eyvanına çıxıb hava da almıram. Bu ancaq xarici səfərlərdə mümkün olur. Efirlərdə çox görünüb, özümü hörmətdən, qiymətdən salmaqadan qorxuram”.

Aytən Həsənova


Müəllif: