12 May 2014 22:00
642

3 yaşlı uşaq qaynar südlə dolu qazana düşüb.

Teleqraf.com-un Regional TV-yə istinadən məlumatına görə, bu gün gündüz saatlarında Quba rayonunun Afurca kəndində bədbəxt hadisə baş verib.

2011-ci il təvəllüdlü kənd sakini Zeynalov Arzum Vüsal oğlu qaynar südlə dolu qazana yıxılıb. Nəticədə 3 yaşlı Arzum ağır yanıq xəsarətləri alıb.

O, dərhal Quba Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralıya hər iki aşağı ətrafın, qarının ön divarının və bədənin arxa səthinin sarğı nayihələrinin 2-ci, 3-cü dərəcəli termik yanığı diaqnozu qoyulub. İlkin tibbi yardım göstərildikdən sonra xəstə paytaxtda yerləşən tibb müəssisələrindən birinə göndərilib.


Müəllif: