13 May 2014 14:04
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və “Dağlıq Qarabağ” iki qonşu suveren dövlət kimi yaşaya bilər”.

“Axar.az” xəbər verir ki, bu açıqlama ilə qondarma "Dağlıq Qarabağ Respublikası"nın prezidenti Bako Saakyan çıxış edib.

Qondarma respublikanın “prezidenti” atəşkəsin hər gün pozulmasına baxmayaraq, bölgədə sülh və sabitliyin saxlanılması istiqamətində səy göstərəcəklərini bildirib.

“Dağlıq Qarabağ konfliktində sülh və sabitliyin qorunması münaqişə tərəfləri arasında dəstəklənir. Düşünürəm ki, Azərbaycan və Dağlıq Qarabağ iki qonşu suveren dövlət kimi yaşaya bilərlər. Bu mərhələdə regionda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi üçün heç bir obyektiv zəmin görmürəm. "Dağlıq Qarabağ Respublikası"nın danışıqlarda tərəf kimi iştirakı vacibdir. Bu olmadan münaqişənin hərtərəfli tənzimlənməsinə nail olmaq qeyri-mümkün olacaq”.


Müəllif: